Konfrans Liqasında qrup mərhələsinin 4-cü turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
Football-plus.az xəbər verir ki, bu nominasiyanın qalibi Stefano Okaka olub. “İstanbul Başakşəhər”in hücumçusu RFŞ (Latviya) ilə matçda (3:0) dubl edib.
Okaka azarkeşlər arasında keçirilən sorğuda Qustav Uikheym (Yurqorden), Nikolas Qonsales (Fiorentina) və Sebastyan Yorgenseni (Silkeborq) qabaqlayıb.