Konfrans Liqasında qrup mərhələsinin 1-ci turunun ən yaxşı oyunçusu müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, bu nominasiyanın qalibi Zvonimir Kojul olub. O, UEFA-nın saytında azarkeşlər arasında keçirilən sorğuda 1-ci yeri tutub. “Zrinski”nin yarımmüdafiəçisi “Akmaar” üzərində 4:3 hesablı qələbədə 2 qol vurmaqla böyük rol oynamışdı.
29 yaşlı Zvonimir Konfrans Liqasında həftənin ən yaxşı oyunçusu adı uğrunda mübarizədə Ernest Muçi (Legiya), Yakub Piotrovski (Ludoqorets) və Luka Ranyerini (Fiorentina) arxada qoyub.