Konfrans Liqasında ən yaxşı oyunçu seçildi

19.03.2022 23:10 396
Dünya futbolu
Konfrans Liqasında 1/8 finalın cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

Bu nominasiyada PSV-nin hücumçusu Eran Zahavi qalib gəlib. İsrailli futbolçu “Kopenhagen”ə qarşı səfər matçında komandasının 4:0 hesablı qələbəsində iki qolla rol oynamışdı.

Həftənin ən yaxşı oyunçusu adına amizədlər arasında Valenten Ronjyö (Marsel), Vangelis Pavlidis (Alkmaar) və Filipp Vizinger (LASK) də var idi.