• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Danışır və göstərir Adiyev - KÖŞƏ

Yığma / Manşet / Yazarlar

13-09-2023, 23:0

Belçika millisi, gözlənildiyi kimi, Bakıdan qələbə ilə döndü.

Qapımıza cəmi bir qol vurulsa da, komandamız statistik göstəricilərə görə adlı-sanlı rəqibindən çox da geri qalmasa da, nəticə dəyişmir. Biz məğlub olmuşuq. Yaxşı yadımdadı, rəhmətlik Əhmət Ələsgərov millimizi çalışdırdığı vaxtlarda Rumıniyaya Bakıda 0:1 hesabıyla uduzmuşduq. Oyunsonrası mətbuat konfransında Ələsgərov Lıçkinin əldən verdiyi yaxşı fürsəti xatırladaraq, “həmin epizodda Lıçkin topa ayağıyla yox, başıyla zərbə vursaydı, fərqlənəcəkdi”. Bu hadisənin üzərindən azı 20 il keçib. Ötən 20 ildə futbolumuzda çox şeylər dəyişib. Dəyişməyən bir təfəkkürümüzdü, bir də nəticələrimiz.

Şəxsən mən zərrə qədər də şübhə etmirəm ki, Azərbaycanla oyunda Belçikanın 3 xaldan əlavə top fərqinə də ehtiyacı olsaydı, fərqli mənzərə izləyərdik. Milli üzvlərinin əzmkarlığını aşağılamaq, onların zəhmətini heçə endirmək fikrində deyiləm. İstədiyim odu ki, hadisələrə real baxaq, mənasız eyforiyaya yenik düşməyək. Nikola Yurçeviçin rəhbərliyi ilə milli komanda Xorvatiya ilə Bakıda 0:0 oynamışdı.

Prosineçki ilk 3 oyunda 7 xal toplamışdı. Elə bu Canni de Byazi ilə ardıcıl beş oyunda qələbə qazanmışdıq. Sonra nə oldu? Bəli, sözün əsl mənasında heç nə. Xorvatlar turnir hədəflərinin öhdəsindən gəldilər, Bakıda itirdikləri iki xal onlar üçün xüsusi məna daşımırdı. Prosineçkinin çalışdırdığı komanda həmin o 7 xalın üzərinə qalan qarşılaşmalarda cəmi 3 xal əlavə edə bildi. Onu da Bakıda San Marinonu məğlub etməklə bacardıq. De Byazinin  qazandığı beş qələbənin hansı oyunlarda olduğunu xatırladıb, başınızı ağrıtmaq istəmirəm. Yoxlama görüşlərinin adı üstündədi. Millətlər Liqasında isə biz qələbə qazanmağa başlayanda iş-işdən keçmişdi, Qazaxıstanın qrup qalibi olacağı şübhə doğurmurdu. Həmin o nəticələr ciddi inkişafın göstəricisiydisə, millimiz Bakıda Estoniyanı məğlub etməyi bacarmalıydı. Vəssalam. Əlavə izaha və müzakirələrə ehtiyac yoxdu.

Ümid edirəm ki, AFFA-nın başında oturan adamlar reallıq hissini itirməyəcək. Belçika ilə “yaxşı oynamağın və minimal hesabla uduzmağın” mükafatı italiyalı çalışdırıcıyla bağlanacaq yeni müqavilə olmamalıdı. Ümimiyyətlə, belə təsadüfi nəticələri və oyunları əldə bayraq edib, “inkişaf edirik” deməkdən əl çəkməliyik. Belçikaya minimal hesabla uduzmaq, evdə Estoniyadan çətinliklə xal qoparıb, məğlubiyyətdən qaçmaq inkişaf göstəricisi deyil. Əmin ola bilərsiz ki, millimiz De Byazi ilə heç bir ciddi inkişafa nail olmayacaq, uğur qazana bilməyəcək. Bunu ilk gündən demişik, səbəbləri yenidən sadalayıb, təkrarçılıq etməyim. Ümumiyyətlə, bu əcnəbi mütəxəssis sevdasından əl çəkmək, millimizin “sükanı arxasında” mütləq tanınmış, adlı-sanlı çalışdırıcı dayanmalıdı təfəkküründən uzaqlaşmaq lazımdı.

Belçikaya 0:1 hesabıyla uduzmaq inkişafdısa, onda Qazaxıstan millisinin üzvlərinə skafandr geyindirib kosmosa göndərmək lazımdı. Çünki sözün əsl mənasında inkişafa nail olanlar məhz Qazaxıstan millisinin üzvləridi. Qazaxlar qrupda keçirdikləri 6 oyunun dördündə qalib gəliblər, 12 xalla Finlandiya ilə birlikdə 3-cü yeri bölüşürlər. Özü də qrup liderləri ilə fərq də böyük deyil, cəmi bir xaldı. Avropa çempionatının final mərhələsinə vəsiqə uğrunda H qrupunda gedən mübarizədə Qazaxıstan da var. Bunun özü ciddi məqam, qürur duymaq üçün əsasdı. Bundan sonrasının necə olacağını, qazaxların qrupdan çıxmağı bacarıb-bacarmayacağını demək çətindi. Buna baxmayaraq, gözümüzün önündə ciddi reallıq, böyük bir uğur var. Bu uğur da ondan ibarətdi ki, Qazaxıstan millisi Millətlər Liqasındakı uğurlu çıxışdan sonra Avropa çempionatının seçmə mərhələsində 4 qələbə qazanıb, 6 turdan sonra qrupun liderləri sırasındadılar. Ölkə futbolunda inkişafın getdiyini göstərən məqəm məhz bu sabitlikdi. Qazaxların nə Millətlər Liqasındakı nəticələri təsadüfi idi, nə də indiki qələbələri.
Bizim millinin baş məşqçisi Canni de Byazi isə tez-tez Astanadakı oyunu xatırladır, Qazaxıstana 0:2 hesabıyla uduzmağımızı təsadüfə bağlamaq istəyir. Sizin də yadınızda olar, Qazaxıstanın baş məşqçisi Maqomed Adiyev də italiyalı həmkarının sözlərinə həmin vaxt belə reaksiya vermişdi: “Azərbaycan millisinin baş məşqçisi çox danışır. Oyundan əvvəl də çox danışırdı, indi də. Biz az danışıb daha çox şey etməyə çalışan komandayıq”. Kişinin oğlu düz deyirmiş. Bizimki hələ də danışır, gileylənir, bəhanə gətirir. Adiyev isə yetirmələrini qələbəyə inandırır, onları uğura səsləyir. Həm də uğurlu baş məşqçi necə olmalıdı, onu göstərir. Halal olsun!

AMAL

Paylaş:
Digər xəbərlər

AÇ / Manşet

17-06-2023, 22:0

"İlk yarıya baxsaq, daha yaxşı nəticə əldə edə bilərdik" - Tomas Heberli

Dünya futbolu / Manşet

3-06-2022, 21:0

"Azərbaycanın baş məşqçisi çox danışır" - Qazaxıstanın çalışdırıcısı

Yığma

2-06-2022, 20:0

"Azərbaycan layiqli rəqibdi" - Maqomed Adiyev

Aktual
“O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
“Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
"Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
“Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
“Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
Vernidubun start heyəti müəyyənləşir - "ağ-qaralar" böyükhesablı qələbəni necə qazandı?
Son xəbərlər
  • Bu gün, 17:47
    “O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
  • Bu gün, 17:29
    "Qəbələ"nin sabiq futbolçusu "Olimpiakos"da
  • Bu gün, 16:58
    İngiltərədə iş yerini dəyişə bilər
  • Bu gün, 16:27
    "Baku Sporting" hücumçu transfer etdi
  • Bu gün, 15:56
    Mbappe yarımfinal matçını buraxacaq?
  • Bu gün, 15:25
    Bir qol vurdu, ən yaxşı oyunçu seçildi
  • Bu gün, 14:40
    Fuad Bayramov "Səbail"də
  • Bu gün, 14:15
    “Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
  • Bu gün, 13:54
    "Qəbələ" 5 yoxlama oyunu keçirəcək
  • Bu gün, 13:23
    MS daha bir oyunçu transfer etdi
  • Bu gün, 12:57
    Nəriman start heyətində oynadı, komandası heç-heçə etdi
  • Bu gün, 12:36
    Final matçı bu topla oynanılacaq
  • Bu gün, 12:15
    Babək Quliyev Konfrans Liqasının matçında
  • Bu gün, 11:54
    Millimiz rekorda imza atdı
  • Bu gün, 11:23
    Hamını arxada qoydu
  • Bu gün, 10:52
    "Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
  • Bu gün, 10:31
    "Neftçi" Xorvatiya klubuna qarşı
  • Bu gün, 10:00
    Lissabondan Madridə üz tutdu
  • Dünən, 23:54
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 23:23
    Kapitan “gəmini” tərk etməyəcək
  • Dünən, 22:59
    Son çempiondan unikal göstərici
  • Dünən, 22:13
    "Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
  • Dünən, 22:02
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 21:30
    “Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
  • Dünən, 20:56
    MS yeni qapıçı aldı
  • Dünən, 20:25
    “Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
  • Dünən, 19:54
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Dünən, 19:23
    20 yaşında dünyasını dəyişdi
  • Dünən, 18:52
    "Şəfa"dan yeni transfer
  • Dünən, 18:31
    Vernidubun start heyəti müəyyənləşir - "ağ-qaralar" böyükhesablı qələbəni necə qazandı?
  • Dünən, 18:00
    Yenidən Fransada işləyəcək
  • Dünən, 17:29
    Yaşıl meydana oktyabrda dönəcək
  • Dünən, 16:58
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 16:27
    Doğma klubuna qayıtdı
  • Dünən, 15:56
    Matçın ən yaxşı oyunçusu seçildi
Daha çox
Oxunub: 212
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 193
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 153
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 143
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə