"Azərbaycanın baş məşqçisi çox danışır. Oyundan əvvəl də çox danışırdı. Biz az danışıb çox iş görürük. Bu barədə əlavə deyəcəyim heç nə yoxdu".
"Football-plus.az" xəbər verir ki, bu sözləri Qazaxıstan millisinin baş məşqçisi Məhəmməd Adıyev Azərbaycan yığmasına 2:0 hesabı ilə qalib gəldikləri Millətlər Liqasının qrup mərhələsinin 1-ci tur oyunundan sonra mətbuat konfransında deyib.
45 yaşlı mütəxəssis ikinci yarıda yaxşı çıxış etdiklərini söyləyib.
"İlk 25 dəqiqədə yaxşı çıxış etdik. Sonra rəqib təşəbbüsü ələ aldı və təhlükəli epizodlar yaratdı. Ümumilikdə isə komandanın oyununda razı qalmadım".