Kriştiano Ronaldo 850-yə çatdı!

3.09.2023 12:21 270
Dünya futbolu
Möhtəşəm transferlərin ardından dünyanın maraqla izlənilən turnirlərindən birinə çevrilən Səudiyyə Ərəbistanı çempionatında 5-ci turun oyunları keçirilir.

"Football-plus.az" xəbər verir ki, dünən ''Əl-Nəssr'' səfərdə ''Əl-Həzm''i 5:1 hesabı ilə darmadağın etdi. Kriştiano Ronaldo qarşılaşmanı 1 qol, 2 məhsuldar ötürmə ilə tamamladı. Bu qolun portuqaliyalı superulduz üçün xüsusi dəyəri var. Belə ki, o, peşəkar karyerasının 850-ci qolunu vurdu! 38 yaşlı futbolçu bu qollardan 727-ni klub, 123-nü yığma karyerasında vurub. Bu mövsüm Ronaldonun aktivində artıq 6 qol, 4 məhsuldar ötürmə var. Bu göstəricilərlə o, Səudiyyə Ərəbistanı çempionatında həm bombardirlər, həm də assistentlər yarışına başçılıq edir.

ƏLİ