Ronaldo “Əl-Nəssr”də ilk rəsmi qolunu vurdu

6.02.2023 13:13 311
Dünya futbolu
Nəhayət, Kriştiano Ronaldo “Əl-Nəssr”in heyətində rəsmi oyunda ilk qolunu vurub.

Football-plus.az xəbər verir ki, o, buna Səudiyyə Ərəbistanı çempionatında nail olub.

15-ci turun “Əl-Fateh”lə matçında (2:2) penaltini dəqiq yerinə yetirən ulduz futbolçu 90+3-cü dəqiqədə komandasının bərabərlik qolunu vurub. Bu nəticədən sonra “Əl-Nəssr” 34 xalla 1-ci yeri tutur.

Xatırladaq ki, 37 yaşlı hücumçu 2022-ci ilin dekabrında bu klubla 2,5 illik müqavilə imzalayıb.

Kriştiano bundan əvvəl komandada keçirdiyi iki rəsmi matçda qol vura bilməmişdi. Ronaldo yalnız qeyri-rəsmi oyunda – “Əl-Nəssr” və “Əl-Hilal”ın oyunçularından ibarət komandanın PSJ ilə yoldaşlıq görüşündə (4:5) dubl etmişdi.