Ronaldodan iki məhsuldar ötürmə

18.02.2023 19:58 297
Dünya futbolu
Kriştiano Ronaldonun yeni komandasındakı işləri əla gedir.

Onun formasını daşıdığı “Əl-Nəssr” Səudiyyə Ərəbistanı çempionatında keçirdiyi növbəti oyunda da qalib gəlib.

Paytaxt komandası 17-ci turda “Əl-Taavun” ilə qarşılaşıb. Oyun “Əl-Nəssr”in 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Komandasının hər iki qolunun ötürməsini Ronaldo verib. 37 yaşlı forvard Əbdülrəhman Qəribə və Abdulla Maduya qol vurmaq imkanı yaradıb. “Əl-Nəssr” bu qələbədən sonra xallarının sayını 40-a çatdırıb və topların daha yaxşı fərqinə əsasən “Əl-İttihad” və “Əl-Şəbab”ı qabaqlamaqla yenidən 1-ci yerə yüksəlib.