Ronaldo 63-ə çatdı!

27.08.2023 10:00 240
Dünya futbolu
Səudiyyə Ərəbistanı çempionatının 3-cü turunun “Əl-Fateh” ilə oyunu Kriştiano Ronaldo və komandası üçün uğurlu alınıb.

“Football-plus.az” xəbər verir ki, “Əl-Nəssr” “Əl-Fateh”i 5:0 hesabı ilə məğlub edib. Ronaldo het-trik edib, Sadio Mane isə dubl müəllifi olub. Portuqaliyalı forvard peşəkar karyerasında 63-cü dəfə het-trik edib. Bu, fəaliyyətdə olan oyunçular arasında rekord göstəricidi. Bu planda ikinci yeri 57 het-trik ilə Lionel Messi (İnter Mayami) tutur.

Ronaldo klub səviyyəsində 53, Portuqaliya yığmasında isə 10 dəfə het-trik edib.