“Veqas” MHL tarixinə birdən-birə dörd qapıçısının adı Stenli kubokunun üzərunə yazılan ilk klub kimi düşüb.
"Football-plus.az" xəbər verir ki, mükafatın üzərinə “cəngavərlər”in qapıçıları Loran Brossua, Conatan Kuik, Loqan Tompson və Edin Hillin adı yazılıb.
Xatırladaq ki, “Qolden Nayts” final seriyasında “Florida”nı 4:1 hesabıyla məğlub etməklə Stenli kubokunu qazanıb. Kubokun üzərinə “Veqas”ın ümumilikdə 27 hokkeyçisinin adı həkk olunub, bu isə tarixdə 2-ci nəticədi. Rekord 1992-ci ildə Stenli kunokunun üzərinə 31 oyunçunun adını yazdıran “Pittsburq”a məxsusdu.