"Football-plus.az" xəbər verir ki, “Veqas” – “Florida” oyunu ilə bağlı maraqlı məqamlar bununla məhdudlaşmır.
Komandalar oyun ərzində birlikdə 148 cərimə xalı qazandı – “Qolden Nayts” 64, “Panterz” isə 84 dəqiqə. Cərimə xalına görə Stenli kubokunun finallarının 2-ci nəticəsi qeydə alındı. Bu mənada rekord 1976-cı ildə “Monreal”la “Kalqari” arasındakı final seriyasının 4-cü oyununda müəyyənləşib. Onda komandalar birlikdə 176 cərimə dəqiqəsi qazanmışdı. Konkret bu oyundakı münaqişəyə gəlincə, 2-ci periodun sonunda qonaqların forvardı Mettyu Tkaçuk meydan sahiblərinin oyunçusu Cek Aykeli güc fəndi ilə saxladığından buz üzərində dava-dalaş başladı. Nəticədə “Veqas”ın forvardı İvan Barbaşev və Tkaçuk hərəyə 12 cərimə dəqiqəsi qazandı.
“Veqas”ın baş məşqçisi Bryus Kessidi “Florida” üzərindəki qələbəni belə şərh etdi:
“Düşünürəm ki, heyətimizin genişliyi mövsüm ərzində komandanın güclü tərəfi oldu. Və bura qədər irəliləməyimizin əsas səbədi budu – “Vinnipeq”, “Edmonton” və “Dallas”ı məğlub etməyimizin, “Florida” ilə seriyada öndə olmağımızın. Mən, sadəcə, hiss edirəm ki, birinci oyunçudan iyirminciyə qədər yaxşı komandayıq”.
Final seriyası ilə bağlı daha bir maraqlı statistikanı nəzərinizə çatdıraq. “Veqas” azarkeşləri üçün sevindirici xəbər var. MHL-də pley-offda 7 oyunluq sistemin işə düşdüyü 1939-cu ildən bəri final seriyasında 2:0 önə çıxan komandalar 90,6 faiz halda Stenli kubokunu qazanır. Özü də evdəki ilk iki oyunda qələbə qazanan komandaların qələbə faizi 92,7-yə bərabərdi.
6 iyun
Veqas – Florida 7:2 (2:0, 2:0, 3:2)
Seriyada hesab – 2:0.





