2 gün öncə səhər saatlarında MHL-in yeni çempionu bəlli oldu.
"Football-plus.az" xəbər verir ki, “Veqas” seriyanın 5-ci oyununda “Florida”ya heç bir şans vermədi – 9:3. “Qolden Nayts”ın böyükhesablı qələbəsində Mark Stounun əməyi danılmazdı. O, het-triklə yadda qaldı. Beləliklə, 2017-ci ildən MHL-də çıxış edən “Veqas” tarixində ilk dəfə Stenli kubokunu qazandı. Maraqlıdı ki, komanda debüt mövsümündə də finala qədər irəliləmiş və “Vaşinqton”a uduzmuşdu.
Və daha bir maraqlı detal: “Veqas”ın MHL-də mübarizəyə başladığı 2017-ci ildə klubun sahibi – milyarder Uilyam Foli qarşıya məhz 6 ildən sonra Stenli kubokunu qazanmaq vəzifəsini qoymuşdu. Göründüyü kimi, onun arzusu çin çıxdı!
14 iyun
Veqas - Florida 9:3 (2:0, 4:1, 3:2)
Seriyada hesab – 4:1.