“Florida” seriyanın 3-cü oyununda fərqi azaltmaqla ümidlənsə də, 4-cü oyunda yenə “Veqas” qalib gəldi.
“Football-plus.az” xəbər verir ki, komandalar Stenli kubokunun cari mövsümündə 47 səfər qələbəsi qazanıb ki, bu da 2012-ci ildə qeydə alınan rekordun təkrarıdı. MHL-də 16 komandanın qatıldığı, 4 mərhələdən ibarət olan və 4 qələbəyə qədər davam edən müasir seriyanın əsası 1987-ci ildə qoyulub.
Seriyanın 5-ci oyununun iyunun 14-ü, səhər saatlarında keçiriləcəyini də xatırladaq.
11 iyun
Florida – Veqas 2:3 (0:1, 1:2, 1:0)
Seriyada hesab – 1:3.