Bütün oyunlarda pley-offa ehtiyac duyuldu!

24.05.2023 14:54 228
İdman
MHL-də yarımfinal seriyaları davam edir. İlk iki oyunda “Dallas”ı məğlub edən “Veqas” finada adlamaq baxımından önəmli üstünlük qazanıb.

"Football-plus.az" xəbər verir ki, Şərq konfransının final seriyasında da “Florida” “Karolina”dan üstündü. Stenli kuboku uğrunda oyunlarda ardıcıl 8-ci səfər qələbəsini qazanan “Florida” MHL tarixinin 2-ci nəticəsinə imza atdı.

Bir pley-offda ardıcıl səfər qələbələrinin sayına görə rekord “Los-Anceles”ə məxsusdu. “Krallar” 2012-də 10 belə qazanıb. Daha bir maraqlı məqam odu ki, MHL tarixində ilk dəfə yarımfinal oyunlarının 4-ü də overtaymla bitdi.

yarımfinal
20 may

Veqas – Dallas 4:3 ОТ (0:1, 1:0, 2:2, 1:0)
Seriyada hesab – 1:0.

21 may
Karolina – Florida 1:2 ОТ (1:0, 0:1, 0:0, 0:1)
Seriyada hesab – 0:2.
Veqas – Dallas 3:2 ОТ (1:1, 0:1, 1:0, 1:0)
Seriyada hesab – 2:0.