Ronaldo “Əl-Nəssr”də debüt etdi

24.01.2023 22:35 302
Dünya futbolu
Kriştiano Ronaldonun yeni komandası “Əl-Nəssr” yanvarın 22-də Səudiyyə Ərəbistanı çempionatında növbəti oyununa çıxıb. Ər-Riyad klubu öz meydanında “Əl-İttifaq”la qarşılaşıb.

Oyun “Əl-Nəssr”in minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 31-ci dəqiqədə Anderson Taliska vurub. Kapitan sarğısı ilə start heyətində meydana çıxan Ronaldo sona qədər oynayıb. Bu, 37 yaşlı futbolçunun “Əl-Nəssr”də ilk rəsmi oyunu olub.

Kriştiano debütü ilə bağlı fikirlərini də bölüşüb. O, bu barədə öz sosial şəbəkə hesablarında paylaşımında belə yazıb: “İlk oyun, ilk qələbə. Əla iş gördük, dostlar. İnanılmaz dəstəyə görə bütün azarkeşlərə təşəkkür edirəm”.