• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Unudul(may)an Fuad Musayev - KÖŞƏ

Ölkə futbolu / Yazarlar

12-01-2023, 21:0

2017-ci ilin elə bu günlərində Azərbaycanın futbol gündəmi əməlli-başlı silkələmişdi.

Hər şey ondan başladı ki, yeni ilin ilk günlərində AFFA-nın ilk prezidenti Fuad Musayevlə zəngləşdik, onun bayramını təbrik etdim. Sonra da məni evinə dəvət etdi. Dedi ki, ürəyini boşaltmaq istəyir, futbolumuzun düşdüyü acınacaqlı durum onu çox narahat edir. Bir müddət əvvəl keçirilən “26-cı dəqiqə” sənədli filminin təqdimatında sözünün kəsilməsi, danışmasına imkan verilməməsi ona çox pis təsir etmişdi. Orda deyə bilmədiklərini mənə demək, “Futbol+” vasitəsiylə ictimaiyyətə sözünü çatdırmaq istəyirdi. Sözünü yerə salmadım, vədələşdiyimiz vaxtda evinin yolunu tutdum. Xeyli söhbətləşdik. Bəzən söhbətimiz rabitəsiz alındı, mövzudan uzaqlaşıb, xatirələrə daldı. Amma sonda söhbətimizi müsahibə formasına salmağı, ortaya maraqlı bir yazı qoymağı bacardım. Bilirəm ki, bu fikrim təvazökarlıqla bir araya sığmır. Qoy olsun. Yalan demədiyimi həmin müsahibəni xatırlayanlar bilir.

Müsahibə dərc olunan kimi geniş müzakirələr başladı, AFFA bütün resurslarını işə salıb, Fuad Musayevi yalançı çıxarmağa çalışdı. Çünki ortaya çox ciddi ittihamlar qoyulmuşdu. Rəhmətlik Musayev öz dövrünün çətinliklərindən danışmış, müqayisəli şəkildə isbatlamışdı ki, onlar AFFA-nı yaradanda çox çətin şəraitdə böyük işlər görmüşdülər. “Şəfa”nın yetirmələrinin adını çəkmiş, onun futboldan uzaqlaşmasından sonra ortaya “Şəfa”da yetişdirilən qədər futbolçu çıxarılmadığını demişdi. Klub sayının azlığını futbolumuzun əsas problemi kimi qiymətləndirmiş, bölgələrdə böyük futbolun məhvinin cinayətə bərabər olduğunu əsaslandırmışdı. Onu da demişdi ki, AFFA-nın hazırkı büdcəsiylə indikindən qat-qat artıq işlər görmək, ciddi uğurlar qazanmaq, Azərbaycan futbolunu xeyli irəli aparmaq olardı. Bir şərtlə ki, AFFA-nı idarə edənlər bu işə sidqi-ürəkdən yanaşa, futbola ciddi yanaşıb, şəxsi məsələləri kənara qoyaydılar. Əlyazmasıyla proqram yazmışdı. Çox şey istəmirdi. Tək istəyi o idi ki, onu dinləsinlər, təcrübəsindən və təkliflərindən Azərbaycan futbolunun gələcəyi naminə bəhrələnsinlər. Vəssalam. Nə vəzifə iddiasındaydı, nə də pul qazanmaq həvəsində. Kifayət qədər gözütox və qürurlu adam idi.

Bu müsahibə AFFA-nın boz divarlarının arxasında zəlzələ effekti yaratmışdı. Spikerlərini, mirzələrini işə salıb, məni və Fuad Musayevi haqsız çıxarmağa çalışırdılar. Kimisi bilərəkdən, kimisi də bilməyərəkdən axına qoşulmuş, kütləvi hücum başlamışdı. Prosesi idarə edənlərin əsas iddiası, dəlili ondan ibarət idi ki, Fuad Musayev özü də filan-filan səhvləri edib, onun vaxtında da uduzmuşuq, futbolumuzun problemləri olub, buna görə də o, AFFA rəhbərliyini tənqid edə bilməz. Belə bir məntiq dünyanın harasında var? Sonra mənə yenidən zəng vurdu, müsahibədəki bəzi fikirlərinin düzgün anlaşılmayacağından narahat olduğunu dedi. İstəyirdi ki, bir daha görüşək, bəzi xırdalıqlar ətrafında yenidən söhbətləşək. Tarixi də yanvarın 11-nə müəyyənləşdirdik. Dedi ki, doğum günü olacaq və əla bir yemək bişirəcək. Dəyərli baş redaktorumuz Mahir Rüstəmlini də özümlə gətirməyimi istəmişdi. İstəyirdi ki, doğum günü şərəfinə açdığı masanın ətrafında Mahir bəy də yer alsın. Evdə digər qonaqların olacağından ehtiyatlanıb, bir az utandıq və “başqa vaxt gedərik” düşüncəsiylə yanvarın 11-də səfərimizi təxirə saldıq. Bunu ona bildirəndə məyusluqla “sizdən başqa heç kim olmayacaqdı, əşi...” dedi.

Sözün düzü, çox peşman oldum. İndinin özündə də fikirləşirəm ki, gərək gedəydim. Tale elə gətirdi ki, bir daha görüşə bilmədik. Xəstələndiyini eşitdim, zəng vurdum. Övladlarının yanında olduğunu, xəstəxanada yatdığını dedi. Amma istəmədi ki, ora gələk, onu yataqda görək. Zənnim məni aldatmırsa, sonra elə onların müşayiəti ilə harasa səfərə yollandı. İyunun ortalarında, sərin axşamların birində qatarla Bakıdan Lənkərana gedərkən onun ölüm xəbərini eşitdim. Moskvada dünyasını dəyişibmiş. Əcəl ona Estoniyadan Bakıya qayıtmağa, canı-qanı qədər sevdiyi doğma şəhərində gözlərini əbədi yummağa imkan vermədi. Nə deyək, qismətdən də qaçmaq olmur. Qəfil ölümün insanı harda yaxalayacağını bəndə bilməz. Relslərin taqqıltısının müşayiəti ilə bütün danışıqlarımız, ilk və son dəfə evinə gedib, iri bir masanın ətrafında onunla həmsöhbət olmağım kino lenti kimi gözümün önündən keçdi. Özümü əziz adamımı itirmiş kimi hiss edirdim. Qismət elə gətirdi ki, dəfninə də yollana bilmədim.

Dünən Fuad Musayevin 85 illik yubileyi idi. Çox az adam onu xatırladı. Çünki onun Azərbaycan futbolu üçün etdikləri məqsədli şəkildi unutdurulub, tarixdən silinib. Təsəvvür edin, ötən ilin sonlarında AFFA-nın yaradılmasının 30 illiyi təntənə ilə qeyd olunub. Amma o tədbirdə AFFA-nın ilk prezidentinin adı çəkilməyib, xatirəsi anılmayıb. Nə deyək? Bu laqeydlik də indiki AFFA rəhbərliyinin səhvidi. Bir şeyə əmin olsunlar ki, Fuad Musayev unudulmayıb!

AMAL

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

15-04-2022, 17:0

Əfran İsmayılovdan kadr hazırlamaq - KÖŞƏ

Layihə

22-05-2022, 23:0

Lətif Novruzov: “UEFA Fuad Musayevə təklif etdi ki, sizə ya ofis binası tikək, ya da stadion...” - LAYİHƏ

Aktual
"Qəbələdə bilet satmayacağıq, "açıq qapı" olacaq" - "Araz-Naxçıvan" azarkeş sayını artıra biləcəkmi?
Yeni sponsor tapan klubun hədəfi nə olacaq?
“Günahımı hiss edirəm və məsuliyyəti öz üzərimə götürürəm” – “Dinamo”nun oyunçusu
Vernidub 400 min avroluq əcnəbi müdafiəçi istəyir – appendisit...
Qurban Qurbanovun növbəti qurbanı... - "Dinamo" baş məşqçisiylə vidalaşır
“Sözsüz, səhvlərə yol veririk” – Bense Varkonyi
Son xəbərlər
  • Bu gün, 11:54
    Romadan Milana üz tuta bilər
  • Bu gün, 11:23
    Dünya çempionu paytaxt klubunda
  • Bu gün, 10:52
    “Qarabağ”ın ulduzlarından biri getdi – 8 titul, 79 qol, 96 ötürmə!
  • Bu gün, 10:31
    London klubunda yeni futbolçu
  • Bu gün, 10:00
    İspaniyada zəruri təxirəsalma
  • Bu gün, 00:05
    Masazırda "bayquş ulayırdı"!
  • Dünən, 23:55
    "Eyni vaxtda üç turnirdə çıxış etmək asan olmayacaq" - Valdas Dambrauskas
  • Dünən, 23:33
    "Transferlərdən narazılığımız yoxdu" - Azər Məmmədov
  • Dünən, 23:11
    "Potensialımız daha çoxdu" - Cavid Hüseynov
  • Dünən, 22:50
    Qəbələdə "sülh", "Sabah" qalib gəldi - YENİLƏNİB
  • Dünən, 22:20
    Nuriyev qol vurdu, komandası uduzdu
  • Dünən, 21:48
    "Araz-Naxçıvan"da baş məşqçi ilə bağlı qərar
  • Dünən, 21:27
    "Biz də qələbə qazana bilərdik, rəqib də" - Fərid Namazov
  • Dünən, 20:56
    Madrid klubu ilə razılığa gəldi
  • Dünən, 20:25
    "Sumqayıt"dan növbəti transfer
  • Dünən, 19:55
    "Sabah" - "Kəpəz": START HEYƏTLƏRİ
  • Dünən, 19:24
    İtaliyanın paytaxtını tərk etdi
  • Dünən, 18:53
    Ulduz futbolçu imicini dəyişdi
  • Dünən, 18:20
    Arif Əsədov "Qarabağ" üçün fəlakət ssenarisini açıqladı – “Allah eləməmiş, kənarda qalsalar...”
  • Dünən, 17:50
    "Araz-Naxçıvan" - "İmişli": START HEYƏTLƏRİ
  • Dünən, 17:20
    "Qəbələdə bilet satmayacağıq, "açıq qapı" olacaq" - "Araz-Naxçıvan" azarkeş sayını artıra biləcəkmi?
  • Dünən, 16:59
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 16:28
    Almaniyada iş yerini dəyişdi
  • Dünən, 15:58
    Lukaku ''Lion''a qarşı ilk oyunu buraxacaq!
  • Dünən, 15:37
    Yeni sponsor tapan klubun hədəfi nə olacaq?
  • Dünən, 15:16
    “Günahımı hiss edirəm və məsuliyyəti öz üzərimə götürürəm” – “Dinamo”nun oyunçusu
  • Dünən, 14:55
    İspaniya klubunu tərk etdi
  • Dünən, 14:34
    ''Qalatasaray'' XXI əsrdə ilk dəfə belə uğursuzluqla üzləşdi
  • Dünən, 14:22
    Daha üç boksçumuz mərhələ adladı - Avropa çempionatı
  • Dünən, 14:00
    Vernidub 400 min avroluq əcnəbi müdafiəçi istəyir – appendisit...
  • Dünən, 13:22
    Amsterdamda qərar tutdu
  • Dünən, 12:51
    Qurban Qurbanovun növbəti qurbanı... - "Dinamo" baş məşqçisiylə vidalaşır
  • Dünən, 12:30
    “Barselona”nı tərk etdi
  • Dünən, 12:03
    Keyn qalacaq, yoxsa gedəcək?
  • Dünən, 11:32
    Əvvəlki iş yerinə qayıda bilər
Daha çox
Oxunub: 337
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 284
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 136
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 130
Vernidub 400 min avroluq əcnəbi müdafiəçi istəyir – appendisit...
Oxunub: 106
Arif Əsədov "Qarabağ" üçün fəlakət ssenarisini açıqladı – “Allah eləməmiş, kənarda qalsalar...”
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə