• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Bəlkə bundan sonra da narazı futbolçuların siyahısı genişlənəcək”

Premyer-liqa / Manşet

28-12-2022, 22:0

Misli premyer-liqasının ilk yarısına "Zirə" - "Kəpəz" matçı ilə yekun vuruldu.

Diqqəti çəkən məqamlardan biri də Tərlan Əhmədovun əsas komandadan uzaqlaşdırdığı Rauf Əliyevlə Əfran İsmayılovun klub rəhbərliyi ilə birgə oyunu “skay-boks”dan izləməsi idi. Hakimin final fitindən sonra Rauf Əliyevə yaxınlaşdıq. Onun matçla bağlı təəssüratı, 1-ci divizonda qolları sıralaması və Tərlan Əhmədovla təcrübəli futbolçular arasında baş verən qarşıdurma haqda fikrini öyrəndik.

- Xeyli vaxtdan sonra "Kəpəz"in səfər oyununa gəlmisən...
- İlqar müəllim (klub prezidenti İlqar Nadirini nəzərdə tutur – A.İ.) Əfranla mənə komandamızın səfər oyununu yaxından izləmək üçün dəvət göndərmişdi. Biz də bu çağırışa müsbət yanaşdıq.

- Qarşılaşma haqda nə deyərdin?
- Gərgin, maraqlı oyun alındı. Hər iki komanda yaxşı çıxış etdi. "Kəpəz"in qələbəni əldə verəcəyini gözləmirdim, çünki rəqib 9 nəfərlə oynayırdı. Görünür, görüşün sonlarına yaxın komanda arxayınlaşdı və rəqib də bundan maksimum istifadə edərək hesabı bərabərləşdirdi. Ümumilikdə "Kəpəz"in Zirə səfərindən 1 xalla qayıtmasını da uğur saymaq olar. Oyunu müəyyən qədər maraqsız edən hakimin tez-tez VAR-a müraciət etməsi idi. Hakimlərin belə davranışı futbolu maraqsızlaşdırır.

- "Kəpəz"in 9 nəfərlə oynayan komadanı udmalı olduğu halda 2-ci hissədə zəif çıxış etməsi və son dəqiqələrdə qol buraxaraq qələbəni əldən verməsi pis nəticə deyil?
- Əlbəttə, nəticə gözlənilməz oldu. Düşünürdüm ki, "Kəpəz" daha bir neçə qol vurmaqla böyükhesablı qələbə qazanacaq. Amma görünür, arxayınlıq özünü göstərdi. Bəlkə də 2-ci hissədə top saxlamaq əvəzinə rəqibin say azlığlndan istifadə edib sürətli hücumlar qurulsaydı, oyunu qalib başa vurmaq olardı.

- Komanda yoldaşlarından kimin çıxışını xüsusi vurğulayardın?
- Bir çoxlarının oyununda inkişaf var. Amma əsasən Fərid və Yusif qardaşlarını, Ayzayanın performansını qeyd edərdim. Hər üçü bugünkü matçda fəallığıyla seçildi.

- Heç kimin gözləmədiyi halda 1-ci divizionun ilk yarısını 11 qolla bombardirlər siyahısında başa vurdun. Bu barədə nə deyə bilərsən?
- Çoxları bu gün aşağı liqada 11 qol vurmağımdan danışır. Mənim üçün isə nə qədər qol vurmağım maraqlı deyil. Çalışıram ki, Xaliq müəllimə əlimdən gələn köməyi edim. Onunla vaxtilə birgə futbol oynamışıq, insan kimi yaxşı münasibətimizlə yanaşı, baş məşqçi kimi də ona hörmətim var. Bundan başqa, hamı kimi mən də 1-ci divizionda karyerama başlamışam. Bu üzdən həm yenidən özüm üçün oynamaq, həm də gənclərə kömək etmək üçün faydalı olmaq yaxşıdı.

- Səndən sonra daha üç təcrübəli futbolçu baş məşqçiylə qalmaqal yaşayaraq əsas komandadan kənarlaşdırıldı. Tərlan Əhmədovun təcrübəli futbolçularla yola getməməsinin səbəbi nədi?
- Problem hamıya bəllidi. Bir nəfər pis olar, onunla xoşagəlməz münasibət yaşanılarsa, aydındı ki, problem futbolçudadı. Amma iki, üç, hətta dörd futbolçuyla qarşıdurma yaşanırsa, deməli, problem futbolçularda deyil. Problemi başqa yerdə axtarmaq lazımdı. Bəlkə bundan sonra da narazı futbolçuların siyahısı genişlənəcək.

- Narazılar siyahısına Tural Axundov niyə əlavə olunmur?
- (gülür) Bu haqda nəsə deyə bilmərəm.

- Tərlan Əhmədovla 4 təcrübəli futbolçu arasında mövcud problemin həll yolu var, rəhbərliklə danışmısız?
- "Kəpəz" rəhbərliyi ilə yaxşı münasibətimiz var. Sağ olsunlar, qayğı və diqqətlərini əsirgəmirlər. Daim onlarla əlaqədəyik, bu gün də bizi oyuna baxmağa dəvət etdilər. Təbii ki, heç bir rəhbərlik komandasında münaqişə olmasını istəməz. Əsasən də heyəti kasad olan kollektiv bunu heç istəməz. Rəhbərlik bizimlə bağlı əlindən gələni etsə də, müəyyən nüanslar var ki, onların önünə keçmək istəmir.

- Hansı nüanslar?
- Baş məşqçinin əsas söz sahibi olduğu nüanslar.

- Mövsümün sonuna kimi "Kəpəz"in əvəzedicilərində qalacaqsan, yoxsa başqa kluba keçəcəksən?
- Böyük ehtimalla "Kəpəz-2"də qalacam.

- Bəzi iddialar var ki, artıq "Şamaxı" ilə müqavilə bağlamısan...
- Xeyr, heç bir klubla müqavilə bağlmamışam. Yaya kimi "Kəpəz"lə müqaviləm var və burda qalmaqda maraqlıyam.

- Əfranla Elvin də sənə qoşularaq əvəzedicilərdə çıxış edib yaya kimi "Kəpəz"də qalacaq?
- Hər kəs sərbəst qərarını verməlidi. Onlar da müqaviləni pozmayıb yaya qədər komandada qalmağı düşünürlər.

- Tək futbolda yox, başqa məsələlərdə də səninlə çiyin-çiyinə olan Əfran 1-ci divizionda da yanında olacaq?
- (gülür) Bildiyim qədər Əfran da yaya kimi "Kəpəz-2"də oynamaq istəyir. Amma yenə də onun yerinə dəqiq nəsə deyə bilmərəm.

- Vaxtilə “ilin futbolçusu” seçilmisən. Bu ada layiq görülən biri kimi 2022-ci ildə kimi ən yaxşı sayırsan?
- Düşünürəm ki, bu ada ən çox layiq olan Emin Mahmudovdu. O, həm "Neftçi"də, həm də millidə əsas fiqurdu. Emin yalnız kapitan, oyun qurucusu kimi yox, futbolçu və insan kimi də çıxış etdiyi komandaları arxasınca apara bilir. Ramil Şeydayevlə Elvin Cəfərquliyevin də bu mövsüm uğurlu çıxış etdiyini düşünürəm.

ABDULLA İSMAYILOĞLU

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

28-12-2022, 21:0

Əfranla Raufu “Zirə”ylə oyuna “Kəpəz” rəhbərliyi dəvət edib

Ölkə futbolu / Manşet

19-11-2022, 20:0

Rauf Əliyev “Şamaxı”nın maraq dairəsindədi - Rəsmi açıqlamalar

Premyer-liqa / Manşet

6-09-2022, 18:0

“Kəpəz” azarkeşlərinin Tərlan Əhmədovun təyinatına münasibəti necədi?

Ölkə futbolu / Manşet

8-09-2022, 16:0

Tərlan Əhmədovla Rauf Əliyev arasında baş verən münaqişənin ŞOK detalları

1-ci liqa / Manşet

29-09-2022, 22:0

Rauf Əliyev “Kəpəz-2”də debüt oyununda necə təsir bağışlayıb? - AÇIQLAMA

Ölkə futbolu / Manşet

9-11-2022, 14:0

“Kəpəz”in Müşahidə Şurasının sədri Rauf Əliyev-Tərlan Əhmədov qalmaqalına son verməyin yolunu tapıb - MÜSAHİBƏ

Aktual
“Düzdü, əvvəl bir torpaq sahəsi tapılmışdı” – deputat “İmişli”nin planlarını açıqladı
“Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
“Zirə”də son durum – toplanışa qatılmayan futbolçu varmı?
"Nə qədər ki, "Səbail" Bayıldadı, biz də yanındayıq" – üsyan, yoxsa razılıq?
“Türkiyə yığmasının heyətini Hakan Çalhanoğlu ilə Merih Dəmiral qurur” – Bakıdan şok açıqlama
"Hər iki komanda ciddi rəqibdi" - Kukseviç püşkün nəticəsi haqda nə dedi?
Son xəbərlər
  • Bu gün, 01:05
    Belçika - İran oyunu qolsuz bitdi - DÇ gecəsi
  • Dünən, 23:58
    ''Qalatasaray''lı futbolçu dünya çempionatında zədələndi
  • Dünən, 23:13
    Məşhur futbolçu mundialın sonunu gözləyir
  • Dünən, 22:42
    İkardinin menecerindən yeni açıqlama - ''Ümumi məxrəcə gələ bilməmişik''
  • Dünən, 22:11
    İspaniyadan böyükhesablı qələbə - DÇ gecəsi
  • Dünən, 21:50
    “Düzdü, əvvəl bir torpaq sahəsi tapılmışdı” – deputat “İmişli”nin planlarını açıqladı
  • Dünən, 21:29
    Martin Zlomisliç "Qarabağ"da
  • Dünən, 20:58
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:31
    İngiltərədə iş yerini dəyişdi
  • Dünən, 20:00
    "Neftçi" kapitanları ilə yeni müqavilə imzaladı
  • Dünən, 18:53
    Yenə B seriyasında işləyəcək
  • Dünən, 18:20
    "Neftçi" 1/4 finalda mübarizəni dayandırdı - Dünya Seriyası
  • Dünən, 17:54
    “Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
  • Dünən, 17:22
    Klopp Türkiyənin uğursuzluğu haqda nələr dedi?
  • Dünən, 16:51
    Okan Buruk: ''Fənərbaxça'' daim bəhanə axtarır''
  • Dünən, 16:30
    “Zirə”də son durum – toplanışa qatılmayan futbolçu varmı?
  • Dünən, 16:10
    "Xankəndi" məşqçisiylə vidalaşdı
  • Dünən, 15:59
    "İmişli"də yeni məşqçi təyinatları
  • Dünən, 15:28
    "Qarabağ" Bədavi ilə bağlı qərarını açıqladı
  • Dünən, 14:57
    Fərman Həsənov: “UFC-də məqsədim titul uğrunda döyüşməkdi"
  • Dünən, 14:38
    "Nə qədər ki, "Səbail" Bayıldadı, biz də yanındayıq" – üsyan, yoxsa razılıq?
  • Dünən, 14:17
    Boksçumuz Dünya kubokunun qalibi oldu
  • Dünən, 13:56
    “Türkiyə yığmasının heyətini Hakan Çalhanoğlu ilə Merih Dəmiral qurur” – Bakıdan şok açıqlama
  • Dünən, 13:40
    Almaniya uzatma dəqiqələrində sevindi - DÇ günü
  • Dünən, 13:25
    Lyamuşinin yerini Renar tutdu - DÇ-nin istefası
  • Dünən, 12:54
    Kocamanın təyinatı nə üçün baş tutmadı? - ''Fənər''in yeni transferi İstanbula gəldi
  • Dünən, 12:23
    Kanadanın DÇ-də ilk qələbəsi tarixi alındı - ''Qırmızıların'' bolluğu diqqət çəkir
  • Dünən, 11:52
    "Zirə" legioneri ilə vidalaşdı
  • Dünən, 11:31
    "Hər iki komanda ciddi rəqibdi" - Kukseviç püşkün nəticəsi haqda nə dedi?
  • Dünən, 11:10
    "Turan Tovuz"da daha iki ayrılıq
  • Dünən, 10:59
    “Kəpəz”in heybətli görünən sədr və baş məşqçi postu... – Gəncədə uduzmaq üçün şir ürəyi yemək lazımdı!
  • Dünən, 10:30
    ABŞ yığması 1930-cu ili xatırladır
  • Dünən, 10:00
    Almaniyadan vətəni İspaniyaya qayıdacaq
  • 20-06-2026, 23:0
    "Avrokuboklarda iştirak edəcəyimizi əvvəlcədən bilməliydik" - Rəşad Sadıqov
  • 20-06-2026, 23:0
    DÇ-nin təəssüratı - futbol, şou, yoxsa hər ikisi?
Daha çox
Oxunub: 254
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 253
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 249
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 234
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 228
“Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
Oxunub: 190
Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə