• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Kəpəz”in Müşahidə Şurasının sədri Rauf Əliyev-Tərlan Əhmədov qalmaqalına son verməyin yolunu tapıb - MÜSAHİBƏ

Ölkə futbolu / Manşet

9-11-2022, 14:0

“Kəpəz”də qalmaqallar səngimək bilmir.

Tərlan Əhmədovun gəlişindən sonra vəziyyətin düzələcəyinə ümid edirdik. Amma... Gəlin etiraf edək ki, oyun baxımından irəliləyiş hiss olunur. Lakin təcrübəli mütəxəssisin futbolçularla münasibəti o qədər də yaxşı deyil. Tərlan bəy “Kəpəz”ə təyin olunandan sonra Rauf Əliyevlə problem yaşadı. Hücumçunu komandadan uzaqlaşdırdı. Hətta oyunlarının birindən sonra mətbuat konfransında bildirdi ki, Rauf Əliyev məsələsi onun üçün bağlanıb. Rəhbərliyə onun “Kəpəz”dən göndərilməsinin vacibliyini söylədiyini də dilə gətirdi. Lakin “sarı-göylər”in rəsmiləri Tərlan bəyi dinləmədi. Hətta Rauf Əliyev əvəzedici komandanın heyətində divizionda qollar da vurdu.

Bundan sonra düşünməyə başladıq ki, forvard əsas komandaya qayıdacaq. Amma Raufun mediaya açıqlaması hadisələri daha da alovlandırdı. O, baş məşqçi haqda aşağılayıcı fikirlər səsləndirdi. Tərlan Əhmədov da “Qarabağ”la görüşündən sonra keçirilən mətbuat konfransında bu məsələni rəhbərliyin həll etməli olduğunu dilə gətirdi.

Həqiqətən də “Kəpəz” başbilənləri bu problemi, türklər demiş, niyə çözmür? Elə bunu aydınlaşdırmaq üçün klubun Müşahidə Şurasının üzvü İlqar Nadiri ilə əlaqə saxladıq. Faktiki “Kəpəz”i idarə edən funksionerin “Football-plus.az”a qısa müsahibəsini təqdim edirik.

- İlqar müəllim, Zəfər və Bayraq Gününüz mübarək!

- Təşəkkür edirəm. Sizin vasitənizlə bütün Azərbaycan xalqını təbrik edirəm.

- Ölkə futbolunda gündəm olan bir məsələ var: Rauf Əliyev və Tərlan Əhmədov qalmaqalı. Baş məşqçi və futbolçu media vasitəsiylə bir-birinə söz atır. Hətta aşağılayıcı ifadələrə də yol verirlər. Tərlan müəllim deyir ki, “bu məsələni klub rəhbərliyi həll etməlidi, mən Rauf Əliyevi “Kəpəz”də görmək istəmirəm”. Nə üçün onun istəyi yerinə yetirilmir?

- Biz klub olaraq məsələnin bu müstəviyə gəlməsinə görə təəssüflənirik. Hər iki tərəflə danışıqlarımız olur. Düzdü, baş məşqçimiz Rauf Əliyevin komandadan göndərilməsini istəyir. Rauf da hörmət etdiyimiz futbolçulardandı. Ola bilər ki, Tərlan bəyin onu məşqdən qovmasına əsəbləşib. Çalışacağıq ki, tərəflər media vasitəsiylə bir-birinə söz atmasın. Bu məsələ həqiqətən də bizi narahat edir. Əlimizdən gələni edəcəyik ki, problem həll olunsun.

- Yəqin ki, Tərlan bəyin gəlişindən sonra komandanın oyun planında “artırdığını” qəbul edərsiz. “Kəpəz” artıq ilk turlardakı kimi hamıya məğlub olmur. Lakin baş məşqçinin istəyi yerinə yetirilmir. Bu da ictimaiyyətdə belə fikir formalaşdırır ki, klub rəhbərliyi Tərlan bəyin sözünü vecinə almır. Həqiqətən belədi?

- Necə yəni? Başa düşmədim.

- Veteran futbolçu Ramal Hüseynov dünən verilişlərin birində belə fikir səsləndirdi ki, “Kəpəz”də Rauf Əliyevin hörməti Tərlan Əhmədovdan çoxdu. Bu səbəbdən də hücumçu ilə yollar ayrılmır. Həqiqətən belədi?

- Əlbəttə ki, yox! Hər kəsin yanımızda hörməti var. Baş məşqçimizin seçiminə müdaxilə etmirik. Çalışırıq ki, onun üçün yaxşı şərait yaradaq. Rauf Əliyev də Azərbaycanın hörmət olunan futbolçularındandı. O, oyunu ilə sözünü deyib. Klub olaraq hər kəsə özünə görə hörmət edirik. Tərlan bəy bizim baş məşqçimizdi. Onun qərarlarına hörmət edirik. Səslənən fikirlər absurddu və heç bir əsası yoxdu.

- Belə başa düşdüm ki, problem hələ də həllini tapmayıb. Klubun Müşahidə Şurasının rəhbəri olaraq nə edəcəksiz? Bu problem barışıqla həll oluna bilər? Yoxsa Rauf Əliyev və ya Tərlan Əhmədov klubdan göndəriləcək? Qısaca, məsələnin tezliklə həll olunacağı ilə bağlı “Kəpəz” azarkeşlərinə söz verirsiz?

- Əlbəttə! Mən də çalışıram ki, məsələ barışıq yolu ilə həll olunsun. Tezliklə həm Rauf Əliyev, həm də Tərlan müəllimlə söhbət edəcəyik. Ümid edirəm ki, problem barışıq yolu ilə həll olunacaq.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

6-11-2022, 18:0

Gəncəli azarkeşlərin Rauf Əliyev - Tərlan Əhmədov qalmaqalına münasibəti

Ölkə futbolu / Manşet

8-09-2022, 16:0

Tərlan Əhmədovla Rauf Əliyev arasında baş verən münaqişənin ŞOK detalları

Premyer-liqa / Manşet

20-09-2022, 21:0

Rauf Əliyev “Kəpəz”lə bağlı qərarını verdi - AÇIQLAMA

Premyer-liqa / Manşet

7-11-2022, 18:0

Tərlan Əhmədovu aşağılayan Rauf Əliyev «Kəpəz"dən qovulmalıdı? - AÇIQLAMA

Premyer-liqa / Manşet

18-10-2022, 14:0

“Ümid edirəm ki, tezliklə əsas komandaya qayıdacam” - AÇIQLAMA

Premyer-liqa / Manşet

18-09-2022, 21:0

Rauf Əliyev hələ də Gəncəyə qayıtmayıb

Aktual
“Məğlub olmuşuqsa, deməli, çatışmayan cəhətlər var” – Şahin Diniyev
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
“Difai” 2-ci liqadan çəkiləcək?
"...məvaciblərinin artırılmasını istəyirlər" - Azər Bağırov "Şamaxı"dakı "yarpaq tökümü"nün səbəbini açıqladı
Kurasaonun avtobusu, millinin fiaskosu... - nəyiniz çatmır, qardaşlar?
“Turnir cədvəlindəki yerimiz vəziyyəti izah edir” - göndərilən futbolçu belə dedi
Son xəbərlər
  • Bu gün, 15:24
    Dünya çempionatında oynaya bilməyəcək
  • Bu gün, 14:53
    Premyer-liqada mövsümün ən yaxşı 10 qolu - VİDEO
  • Bu gün, 14:32
    Liverpuldan Londona yollandı
  • Bu gün, 14:11
    “Məğlub olmuşuqsa, deməli, çatışmayan cəhətlər var” – Şahin Diniyev
  • Bu gün, 13:50
    Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
  • Bu gün, 13:29
    Florensiyanı tərk etdi
  • Bu gün, 12:58
    “Gələn il Çempionlar Liqası üçün qayıdacağıq” - “Arsenal”ın qələbə paradına milyona yaxın azarkeş qatıldı
  • Bu gün, 12:37
    “Gucci” “Alpin”ə ildə 50 milyon dollar verəcək! - dəb evi də “Formula-1” dünyasına ayaq açdı
  • Bu gün, 12:16
    Vembanyama niyə ağladı?
  • Bu gün, 11:55
    Premyer-liqanın tarixinə düşdü
  • Bu gün, 11:34
    "Şəfa" yayın ilk transferini etdi
  • Bu gün, 11:13
    “Difai” 2-ci liqadan çəkiləcək?
  • Bu gün, 10:52
    Şəhriyar Məmmədyarov qələbə qazandı - “UzChess Cup”
  • Bu gün, 10:31
    “Veqas” final seriyasına qələbə ilə başladı
  • Bu gün, 10:00
    "...məvaciblərinin artırılmasını istəyirlər" - Azər Bağırov "Şamaxı"dakı "yarpaq tökümü"nün səbəbini açıqladı
  • Bu gün, 08:31
    Xaçmazda regional turnir başa çatdı
  • Dünən, 23:42
    La Liqada gözlənilən istefa
  • Dünən, 23:04
    Azərbaycanın İstanbuldakı sabiq konsulu dəstəklədi, Əziz Yıldırım prezident seçildi!
  • Dünən, 22:56
    Milli komandanın kapitanı oldu
  • Dünən, 22:00
    İtaliya paytaxtını tərk etmədi
  • Dünən, 21:01
    Ayxan Abbasov mətbuat önünə çıxacaq
  • Dünən, 20:30
    Kurasaonun avtobusu, millinin fiaskosu... - nəyiniz çatmır, qardaşlar?
  • Dünən, 19:56
    Cüdoçumuz Tallindən medalla dönür
  • Dünən, 19:25
    ''Qalatasaray''ın sabiq ulduzu Okan Burukun köməkçisinə çevrilə bilər
  • Dünən, 18:54
    ''Performansımla bu pullara layiq olduğumu göstərdim'' - Uğurcan Çakır üçün mövsümün unudulmaz oyunları hansıdı? 
  • Dünən, 18:19
    Mourinyo TFF-ni məhkəməyə verdi! 
  • Dünən, 17:48
    Argentina - 6, Fransa – 5, İspaniya – 4...
  • Dünən, 17:17
    DÇ-yə ən çox oyunçu göndərən çempionatlar və klublar hansılardı?
  • Dünən, 16:47
    “Turnir cədvəlindəki yerimiz vəziyyəti izah edir” - göndərilən futbolçu belə dedi
  • Dünən, 16:16
    Hakan Safidən daha bir möhtəşəm transfer - Çalhanoğlu ''Fənər''ə keçməyə razılıq verdi!
  • Dünən, 15:45
    ''Beşiktaş''ın yeni mövsümə hazırlığa start verəcəyi tarix bəlli oldu
  • Dünən, 15:09
    "Zirə" Tiaqo Silva ilə vidalaşdı
  • Dünən, 14:55
    "Şamaxı" Həbiblə yenidən anlaşdı
  • Dünən, 14:24
    Türkiyə DÇ-yə 4 oyunluq qələbə seriyası ilə yollanır
  • Dünən, 13:53
    Aqil Abbas Türkiyə ilə Braziliyaya azarkeşlik edəcək - Hikmət Sabiroğlu isə say artımına haqq qazandırdı
Daha çox
Oxunub: 714
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 249
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 249
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 226
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 214
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 156
“Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə