• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Əfranla Raufu “Zirə”ylə oyuna “Kəpəz” rəhbərliyi dəvət edib

Premyer-liqa / Manşet

28-12-2022, 21:0

Ölkə çempionatının ilk yarısının son oyunu olan "Zirə" - "Kəpəz" qarşılaşmasını izləyənlər arasında "sarı-göylər"in idman direktoru Mehman Allahverdiyev də var idi.

Təbii ki, fürsəti qaçıra bilməzdik. Gəncə futbolunun ağsaqqalıyla komandanın "qartallar"la səfər matçı, qış toplanışı, Tərlan Əhmədovla təcrübəli futbolçular arasındakı insidentdən danışdıq.

- Öncə oyunla bağlı fikrinizi öyrənmək istərdik.
- Qələbə üçün gəlmişdik. Oyunu udmalıydıq. Qarşı tərəfin də imkanları oldu, bizim də. Əlimizə düşən fürsətləri boşa verdik. Ayzayanın yüzfaizlik qol imkanını qaçırması hamımızı dilxor etdi. Həmin imkanı qola çevirsəydik, Gəncəyə qalib yollanacaqdıq. Komandamızda cəmi bir forvard var. Şuaybu təkbaşına çox işləyir deyə yorulur. Düşünürəm ki, bir hücumçumuz da olsa, daha yaxşı çıxış edə bilərdik.

- Qış fasiləsiylə bağlı plan necədi, neçə transfer gözlənilir?
- Yanvarın 7-də Türkiyə toplanışına start verəcəyik. Transferə gəlincə, düşünürəm ki, ən azı 4 futbolçu cəlb edəcəyik. Amma bu barədə konkret baş məşqçi qərar verəcək. İstənilən halda güclənməliyik.

- Ümumilikdə "Kəpəz"in 2022-ci ildəki çıxışını necə qiymətləndirirsiz?
- Xeyli vaxtdan sonra elitaya qayıtmışıq. Mövsümün ilk yarısında pis çıxış etmədik. Əsas odu, komanda özünə gəlib, hər oyunda döyüşür, rəqiblərə başağrı olur. Elə son turda autsayderlər arasında uduzmayan, güclü rəqibindən xal qoparan da biz olduq. Düşünürəm ki, gələcəkdə daha yaxşı çıxış edəcəyik.

- Siz yalnız "Kəpəz"in veteranı yox, həm də Gəncə futbolsevərlərinin də ağsaqqalı sayılırsız. Təcrübəli futbolçularla Tərlan Əhmədovun nə intriqası var ki, bitmək bilmir?
- Vallah, biz istəməzdik ki, komanda daxilində belə münaqişə olsun. Məsələnin klubdan kənara çıxmaqla mediada gündəm olması heç də xoş deyil. Bu həddə çatacağını heç kim gözləmirdi. Rəhbərlik olaraq hər iki tərəfi barışdırmaqda və məsələni qapatmaqda maraqlıyıq. "Zirə" ilə oyuna baxmağa Əfranla Raufu da dəvət etmişdik. Sağ olsunlar, gəlib "Kəpəz"i canlı izlədilər. Həm futbolçular, həm də məşqçiylə söhbətlərimiz olub. Türkiyə toplanışına kimi yenə hər iki tərəflə danışacağıq. İnanıram ki, münaqişəyə son qoyulacaq.

- Təcrübəli futbolçular müqavilənin sonuna kimi komandada qalacaqlarını və heç yerə getməyəcəklərini bildiriblər. Onları göndərməkdə, yoxsa saxlamaqda maraqlısız?
- Bu haqda danışıqlar gedir. Görək necə razılığa gələcəyik.

- Rauf Əliyev özünü yaxşı tərəfdən göstərir və 1-ci divizionda 11 qolla bombardirlər siyahısında yer alır. Sizcə, yığmanın sabiq futbolçusunu komandaya qaytarmağın "Kəpəz"ə xeyri olmaz?
- Rauf həm ölkə çempionatında, həm millidə, həm də Azərbaycan futbolunda yetərincə iz qoymuş futbolçulardandı. Onunla yanaşı, heyətimizdə yer alan təcrübəlilərin hamısı hörmət etdiyimiz oyunçulardı. Rauf, Əfran, Elvin kimi futbolçuları Yaşar Vahabzadənin vaxtında inanıb komandaya gətirmişik. Amma indi mən desəm ki, Raufun komandaya qaytarılması fayda verər və ya verməz, bu doğru olmaz. Bütün klublarda belə məsələlərdə son söz baş məşqçinindi.

- Qış fasiləsindən sonra daha güclü "Kəpəz" görəcəyik?
- İnşallah. İnanıram ki, çempionatın ikinci yarısında daha yaxşı çıxış edəcəyik.

ABDULLA İSMAYILOĞLU

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

27-09-2022, 14:0

“Kəpəz” rəhbərliyi Tərlan Əhmədov – Mehman Allahverdiyev qalmaqalına reaksiya verdi - AÇIQLAMA

Premyer-liqa / Manşet

18-09-2022, 20:0

“Kəpəz” 1660 gün sonra

Premyer-liqa / Manşet

25-09-2022, 12:0

“Kəpəz” yenə çalxalanır - ÖZƏL

Ölkə futbolu

31-05-2022, 13:0

Yaşar Vahabzadə onu “Kəpəz”ə gətirməkdə tərəddüd edir

Premyer-liqa

23-06-2022, 15:0

Tanınmış mütəxəssis yenidən "Kəpəz"də - RƏSMİ

Premyer-liqa

30-06-2022, 23:0

“Kəpəz” fanatı Mehman Allahverdiyevin dönüşünün heç nəyi dəyişməyəcəyini düşünür - AÇIQLAMA

Aktual
“Düzdü, əvvəl bir torpaq sahəsi tapılmışdı” – deputat “İmişli”nin planlarını açıqladı
“Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
“Zirə”də son durum – toplanışa qatılmayan futbolçu varmı?
"Nə qədər ki, "Səbail" Bayıldadı, biz də yanındayıq" – üsyan, yoxsa razılıq?
“Türkiyə yığmasının heyətini Hakan Çalhanoğlu ilə Merih Dəmiral qurur” – Bakıdan şok açıqlama
"Hər iki komanda ciddi rəqibdi" - Kukseviç püşkün nəticəsi haqda nə dedi?
Son xəbərlər
  • Bu gün, 01:05
    Belçika - İran oyunu qolsuz bitdi - DÇ gecəsi
  • Dünən, 23:58
    ''Qalatasaray''lı futbolçu dünya çempionatında zədələndi
  • Dünən, 23:13
    Məşhur futbolçu mundialın sonunu gözləyir
  • Dünən, 22:42
    İkardinin menecerindən yeni açıqlama - ''Ümumi məxrəcə gələ bilməmişik''
  • Dünən, 22:11
    İspaniyadan böyükhesablı qələbə - DÇ gecəsi
  • Dünən, 21:50
    “Düzdü, əvvəl bir torpaq sahəsi tapılmışdı” – deputat “İmişli”nin planlarını açıqladı
  • Dünən, 21:29
    Martin Zlomisliç "Qarabağ"da
  • Dünən, 20:58
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:31
    İngiltərədə iş yerini dəyişdi
  • Dünən, 20:00
    "Neftçi" kapitanları ilə yeni müqavilə imzaladı
  • Dünən, 18:53
    Yenə B seriyasında işləyəcək
  • Dünən, 18:20
    "Neftçi" 1/4 finalda mübarizəni dayandırdı - Dünya Seriyası
  • Dünən, 17:54
    “Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
  • Dünən, 17:22
    Klopp Türkiyənin uğursuzluğu haqda nələr dedi?
  • Dünən, 16:51
    Okan Buruk: ''Fənərbaxça'' daim bəhanə axtarır''
  • Dünən, 16:30
    “Zirə”də son durum – toplanışa qatılmayan futbolçu varmı?
  • Dünən, 16:10
    "Xankəndi" məşqçisiylə vidalaşdı
  • Dünən, 15:59
    "İmişli"də yeni məşqçi təyinatları
  • Dünən, 15:28
    "Qarabağ" Bədavi ilə bağlı qərarını açıqladı
  • Dünən, 14:57
    Fərman Həsənov: “UFC-də məqsədim titul uğrunda döyüşməkdi"
  • Dünən, 14:38
    "Nə qədər ki, "Səbail" Bayıldadı, biz də yanındayıq" – üsyan, yoxsa razılıq?
  • Dünən, 14:17
    Boksçumuz Dünya kubokunun qalibi oldu
  • Dünən, 13:56
    “Türkiyə yığmasının heyətini Hakan Çalhanoğlu ilə Merih Dəmiral qurur” – Bakıdan şok açıqlama
  • Dünən, 13:40
    Almaniya uzatma dəqiqələrində sevindi - DÇ günü
  • Dünən, 13:25
    Lyamuşinin yerini Renar tutdu - DÇ-nin istefası
  • Dünən, 12:54
    Kocamanın təyinatı nə üçün baş tutmadı? - ''Fənər''in yeni transferi İstanbula gəldi
  • Dünən, 12:23
    Kanadanın DÇ-də ilk qələbəsi tarixi alındı - ''Qırmızıların'' bolluğu diqqət çəkir
  • Dünən, 11:52
    "Zirə" legioneri ilə vidalaşdı
  • Dünən, 11:31
    "Hər iki komanda ciddi rəqibdi" - Kukseviç püşkün nəticəsi haqda nə dedi?
  • Dünən, 11:10
    "Turan Tovuz"da daha iki ayrılıq
  • Dünən, 10:59
    “Kəpəz”in heybətli görünən sədr və baş məşqçi postu... – Gəncədə uduzmaq üçün şir ürəyi yemək lazımdı!
  • Dünən, 10:30
    ABŞ yığması 1930-cu ili xatırladır
  • Dünən, 10:00
    Almaniyadan vətəni İspaniyaya qayıdacaq
  • 20-06-2026, 23:0
    "Avrokuboklarda iştirak edəcəyimizi əvvəlcədən bilməliydik" - Rəşad Sadıqov
  • 20-06-2026, 23:0
    DÇ-nin təəssüratı - futbol, şou, yoxsa hər ikisi?
Daha çox
Oxunub: 254
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 253
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 249
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 234
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 228
“Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
Oxunub: 190
Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə