“Real" futbolçusu ilə yollarını ayırmağa hazırlaşır.
Football-plus.az xəbər verir ki, klub yarımmüdafiəçi Eden Azarı pulsuz buraxa bilər. Madrid təmsilçisinin prezidenti Florentino Peres maaşını ödəməklə 31 yaşlı belçikalı futbolçu ilə müqaviləni ləğv etməyə razıdır. Klub rəhbərliyinin Azarın fiziki formasına münasibətinə görə belə bir qərara gəldiyi bildirilir.