Bu barədə Aue təmsilçisinin prezidenti Helge Leonhardt açıqlama verib.
2-ci bundesliqa klubu çempionatı tərk edəcəyi təqdirdə heyətlə bağlı dəyişiklər edəcəklərini bildirib:
“Bəzi futbolçularla bağlı qərar verməliyik. Nazarovla yanaşı, Klemens Fandrix, Syoren Qonter və Yan Hoxşaydtın da məsələləri açıq olaraq qalır. Hər şeyi çox diqqətlə və kollektiv şəkildə dəyərləndirməliyik. Bura idman nəticələrinin qiymətləndirilməsi ilə yanaşı, ödəniş imkanı da daxildi".
Qeyd edək ki, "Ertsgebirge” 26 turdan sonra 18 komanda arasında 17-ci pillədə qərarlaşıb.