Lionel Messi Argentina yğmasının 2021-ci ildə Amerika Kubokunun finalında Braziliyaya 1:0 hesabı ilə qalib gəldiyi oyunu xatırlayıb.
Football-plus.az xəbər verir ki, PSJ-nin hücumçusu onda milli komanda ilə ilk uğurunu qazanmışdı. Xatırladaq ki, turnir Braziliyada təşkil edilmişdi:
“Mən buna inana bilməmişdim. O anı necə izah edəcəyimi bilmirəm. Hədəflərimdən biri o kuboku qazanmaq idi. Mənim üçün milli komanda ilə nəsə qazanmaq vacib idi. Hiss edirdim ki, özümü yığmaya həsr edə bilməməyim, uduzulmuş finallara görə narahat qalmamağım üçün bunu etməliyəm. Sonra vaxt gəldi və dedim: “Nəhayət”.