“Zirə” problemi həll etdi - AÇIQLAMA

15.09.2022 15:41 433
Premyer-liqa / Manşet
Zirə qəsəbə stadionundakı təmirlə bağlı "Zirə" ev oyunlarını "Dalğa Arena"da keçirir.

Görəsən, bu proses nə qədər davam edəcək? "Qartallar" “Qarabağ”ı doğma meydanda qəbul edə biləcək?

Bu suala aydınlıq gətirmək üçün klubun mətbuat katibi Elmar Abdullazadə ilə əlaqə saxladıq. Onun “Football-plus.az” saytına açıqlaması belə oldu:

"Stadionumuzda təmir və yenidənqurma işlərinin böyük hissəsi "Qəbələ" ilə matç ərəfəsində yekunlaşmışdı. Yeganə problem qazonla bağlı idi ki, onu da yeniləməyi çatdırmamışdıq. Hazırda bu məsələ də yoluna qoyulub. 7-ci turda "Qarabağ"ı doğma publika önündə qəbul edəcəyik".


ABDULLA İSMAYILOĞLU