Yenidən elitaya qayıdan "Kəpəz" "Zirə" ilə qarşılaşacaq. Bu oyunu evdə keçirməli olan Gəncə təmsilçisi şəhər stadionu yararsız olduğundan rəqibini "Dalğa Arena"da qəbul edəcək.
"Kəpəz" qalan ev oyunlarını harda keçirəcək? "Football-plus.az" saytı olaraq bu suala aydınlıq gətirmək üçün klubun mətbuat katibi Azad Mustafayevlə əlaqə saxladıq:
"Elitaya qayıtsaq da, təəssüf ki, ilk matçımızı doğma meydanda keçirə bilməyəcəyik. "Zirə" ilə "Dalğa Arena"da qarşılaşacağıq. Növbəti ev oyunlarımızın harda baş tutacağı isə bəlli deyil. Rəqibləri Gəncəyə yaxın olan Şəmkir və ya Tovuzda qəbl etməklə bağlı klub rəhbərliyinin qərarı, göstərişi yoxdu".
ABDULLA İSMAYILOĞLU




