Ruslan Abışova nə olub? - AÇIQLAMA

8.09.2022 15:52 808
Ölkə futbolu / Manşet
Misli premyer-liqasının 6-cı turunda "Zirə" səfərdə "Səbail" ilə qarşılaşacaq.

"Qəbələ" ilə son oyunda geridönüş edərək qələbə qazanan "qartallar"ın heyətində itki varmı? "Football-plus.az" saytı olaraq bu suala aydınlıq gətirmək üçün klubun mətbuat katibi Elmar Abdullazadə ilə əlaqə saxladıq:

"Cəmi bir itkimiz var ki, o da Ruslan Abışovdu. Təcrübəli müdafiəçi zədəlidi. Qalan hamı məşqlərdə iştirak edir. Əhval-ruhiyəmiz yaxşıdı".


ABDULLA İSMAYILOĞLU