“Zirə”nin stadionunda yeniliklər edilib – AÇIQLAMA

6.09.2022 16:30 741
Ölkə futbolu / Manşet
Zirə qəsəbə stadionu təmirə bağlanıb.

Məhz bu səbəbdən qəsəbənin eyniadlı komandası ev oyunlarını Mərdəkandakı "Dalğa Arena"da keçirir. Görəsən, "qartallar"ın stadionunda işlər nə vaxt bitəcək?

"Football-plus.az" saytı olaraq bu suala aydınlıq gətirmək üçün klubun mətbuat katibi Elmar Abdullazadə ilə əlaqə saxladıq:

"Stadionumuzda oturacaqlar yeniləndi, "sky-box"ların sayı artırıldı və bəzi kosmetik işlər görüldü. Hazırda yalnız qazonla bağlı narahatlığımız var. Onun da yenilənməsiylə bağlı işlər davam etdirilir. Sentyabrın 18-də doğma meydanda "Qarabağ"la qarşılaşacağıq. Həmin matça kimi qazonun hazır olacağı gözlənilir".

ABDULLA İSMAYILOĞLU