“Zirə”ni "Dalğa Arena"ya aparan səbəb - AÇIQLAMA

9.08.2022 14:03 835
Premyer-liqa / Manşet
Konfrans Liqasında “Makkabi”ni "Dalğa Arena"da qəbul edən “Zirə” Misli premyer-liqasında da ev oyununu adı çəkilən məkanda keçirəcək.

Konkret desək, “Sabah”la 2-ci turun qarşılaşması Zirə İdman Komleksində yox, Mərdəkanda baş tutacaq. Bunun səbəbini aydınlaşdırmaq üçün klubun mətbuat katibi Elmar Abdullazadə ilə əlaqə saxladıq:

"Dalğa Arena"ya köçməyimizin səbəbi Zirədəki stadionumuzda təmir işlərinin aparılmasıyla bağlıdı. Qazonun vəziyyəti yaxşıdı. Oturacaqları və sektorları yeniləyirik. "Dalğa Arena"da ev oyunlarımızı keçirməyimiz müvəqqətidi. Ən geci 1 aya yenidən doğma məkana qayıdacağıq".


ABDULLA İSMAYILOĞLU