“Zirə” – “Makkabi” oyununa nə qədər bilet satılıb? – AÇIQLAMA

21.07.2022 18:29 548
Manşet / Konfrans Liqası
“Zirə” bu gün Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində "Dalğa Arena"da "Makkabi"ni qəbul edəcək.

Görəsən, azarkeşlər bu oyuna maraq göstərir? İndiyə kimi nə qədər bilet satılıb? "Football-plus.az" saytı olaraq bu məsələni aydınlaşdırmaq üçün qəsəbə klubunun mətbuat katibi Elmar Abdullazadə ilə əlaqə saxladıq:

"Dalğa Arena" 6700 azarkeş tutumuna malikdi. Dəvət göndərdiyimiz şəxsləri nəzərə almasaq, hazırda 4000-dən çox bilet satılıb. Satış davam etməkdədi".


ABDULLA İSMAYILOĞLU