Renat Dadaşov Sürixdə "Qarabağ"ın qaldığı "Hilton" otelinə gələrək Ağdam təmsilçisini ziyarət edib.
Football-plus.az xəbər verir ki, istedadlı futbolçu çempionumuza ağır səfər matçında uğurlar arzulayıb və ağdamlıların növbəti mərhələyə keçəcəyinə əminliyini ifadə edib.
Qeyd edək ki, gənc hücumçu bu mövsümdən İsveçrənin tanınmış klublarından olan "Qrasshoper"in şərəfini qoruyur.