Renat Dadaşov ilk oyununda komandasının qələbəsində pay sahibi oldu

18.07.2022 10:41 1 760
Dünya futbolu
Renat Dadaşov əvvəl də formasını geyindiyi "Qrasshopper"ə dönəndən sonra ilk matçına çıxıb.

Football-plus.az xəbər verir ki, İsveçrə təmsilçisi Almaniyanın aşağı liqa komandası “Veen” ilə yoxlama oyunu keçirib.

Qarşılaşma millimizin üzvünün çıxış etdiyi kollektivin qələbəsi ilə başa çatıb - 3:2.

Renat Dadaşov matçın 46-cı dəqiqəsində meydana daxil olub. Azərbaycan millisinin üzvü həmin anda komanda yoldaşı Hayao Kavabenin vurduğu qolun ötürməsini verib.