"Football-plus.az" xəbər verir ki, forvard İsveçrə klubundakı debütü haqda instaqram səhifəsində yazıb.
O, şəxsi hesabında bunu qeyd edib:
"İlk oyun, ilk qələbə. Əsl komanda ruhu. "Qrasshopper"dəki debütümə görə şadam. Orada olan və bizi dəstəkləyən hər kəsə təşəkkür edirəm".
Renat Dadaşovun komandası “Luqano”ya 2:1 qalib gəlib.



