"Xankəndi" Xankəndidə ilk oyununu keçirəcək - PFL tarixi açıqladı

10.11.2026 10:31 27
Ölkə futbolu
Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı məlumdu.

"Football-plus.az" xəbər verir ki, Peşəkar Futbol Liqasının qərarına əsasən noyabrın 19-da 1-ci liqanın 8-ci turu çərçivəsində “Xankəndi” – “Karvan-Yevlax” matçı bu stadionda keçiriləcək.

Qarşılaşma saat 16.00-da start götürəcək.

"Xankəndi" bundan sonrakı ev oyunlarını da bu şəhərdə keçirəcək. MOİK-in Xankəndi stadionundan istifadəsi isə qış fasiləsindən sonraya nəzərdə tutulub.