Xankəndi şəhər stadionunun açılışını İlham Əliyev edəcək – bəs, mərasim nə vaxtdı?

29.10.2026 20:00 162
Ölkə futbolu / Manşet
“Xankəndi” sentyabrın 23-də bir ay sonra ev oyunlarını Xankəndidə keçirəcəyi haqda xəbər yaymışdı. Klubdan bildirilmişdi ki, Xankəndi şəhər stadionunda təmir işlərinin sentyabrın sonuna qədər tamamlanması planlaşdırılır. Ardından idman qurğusunun rəsmi açılış mərasimi keçiriləcək. 1-ci liqa təmsilçisi ilk ev oyununu həmin mərasimin qrafikinə uyğun keçirəcək.

Məlumdu ki, artıq vaxt çatıb, vədə yetişib. Ancaq klub hələ də bu istiqamətdə yenilik haqda məlumat verməyib. Bəs, yubanmanın səbəbi nədi? Hadisələrin axarı haqda ətraflı məlumat almaq məqsədilə klubun mətbuat xidmətinin rəhbəri Günel Abbasla əlaqə saxladıq. Onun “Football-plus.az”a cavabı:

“Xankəndi şəhər stadionunda açılış mərasimi cənab Prezident İlham Əliyevin iştirakı ilə keçiriləcək. Hələ tədbirin vaxtı müəyyənləşməyib. Biz də klub olaraq, gözləmə mövqeyindəyik”.

Xatırladaq ki, “Xankəndi” ilə yanaşı, MOİK-də ev oyunlarını bu idman qurğusunda keçirəcək.

KƏNAN BAHADIR