Bu gün futbol üzrə ölkə çempionatının 1-ci liqasında 3-cü tura start verilib.
"Football-plus.az" xəbər verir ki, açılış oyununda “Karvan-Yevlax” evdə “Zaqatala”nı məğlub edərək liderliyə yüksəlib.
3-cü tur
16 sentyabr
Karvan-Yevlax - Zaqatala 3:0
İ.Əliyev, 9, 22; E.Mustafayev, 45+3
Yevlax, şəhər stadionu. Saat 16.30.
17 sentyabr
Şimal – Şahdağ Qusar
Şamaxı, Olimpiya İdman Kompleksinin stadionu. Saat 16.30.
Mingəçevir – Gəncəbasar
Mingəçevir, Yaşar Məmmədzadə adına şəhər stadionu (ehtiyat meydança). Saat 16.30.
Baku Sportinq – Səbail
Bakı, “Baku Sportinq Arena”. Saat 16.30.
Tura sentyabrın 18-də Şamaxıda keçiriləcək "Xankəndi" - MOİK oyunu ilə yekun vurulacaq.
Xal durumu: Karvan-Yevlax, Şahdağ Qusar, Gəncəbasar - 6, Zaqatala, Səbail - 4, Mingəçevir, Şimal, Xankəndi, MOİK - 1, Baku Sportinq - 0.
Bombardir: Dileyn Açimi (Gəncəbasar) - 4.
"Karvan-Yevlax" lider oldu - YENİLƏNİB
Ölkə futbolu






