“Qarabağ” - “Karvan-Yevlax” matçının biletləri satışda

2.12.2025 16:57 41
Ölkə futbolu
Bizon ölkə kubokunun 1/8 finalında “Qarabağ” ilə “Karvan-Yevlax” arasında keçiriləcək oyunun biletləri bu gün saat 12.00-dan etibarən satışda olacaq.

"Football-plus.az" xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir.

Sabah, “Azərsun Arena”da keçiriləcək “Qarabağ” – “Karvan-Yevlax” oyununa saat 19.00-da start veriləcək.