Hazırda maraqlı məqamlardan biri də "Xankəndi"nin Xankəndidə, yoxsa Bakıda məskunlaşacağıdı. Bu suala aydınlıq gətirmək üçün klubun mətbuat xidmətinin rəhbəri Günel Abbasa müraciət etdik. Həmkarımızın "Football-plus.az"a cavabı:
"Xankəndi"nin əsas hədəflərindən biri komandanın daimi fəaliyyətini doğma şəhərində təşkil etməkdi. Hazırda Xankəndidə kollektivin yerləşməsi üçün müvafiq bina və zəruri infrastruktur tam hazır olmadığından futbolçular və məşqçilər heyəti Bakıda fəaliyyət göstərir və oyunlar üçün Xankəndiyə səfər edəcəklər. Klub rəhbərliyi Xankəndi şəhər nümayəndəliyi ilə əlaqələndirmə apararaq komandanın yerləşməsi və maddi-texniki bazasının formalaşdırılması istiqamətində işlər görməyi planlaşdırır. Müvafiq şərait yaradılacağı təqdirdə qışdan sonra komandanın Xankəndiyə köçürülməsi nəzərdə tutulur".
KƏNAN BAHADIR





