''Qalatasaray''ın idman direktoruna ehtiyac duymadı

15.11.2026 21:58 0
Dünya futbolu
''Qalatasaray''da idarə heyətinin üzvləri - ikinci başqan Mətin Öztürk və başqan vəkili Abdulla Kavukçunun dalaşaraq qalmaqallı şəkildə istefa vermələrinin ardından Türkiyə çempionunun yenidən idman direktoru vəzifəsini bərpa edəcəyi haqda xəbərlər peyda olmuşdu.

Özü də bu vəzifəyə 4 namizədin adı hallanırdı. Söhbət Dris Mertens, Bafetimbi Qomis, Həmit Altıntop və Cenk Ərgündən gedir. İlk 3 isim ''sarı-qırmızılar''ın sabiq futbolçusudusa, Ərgün bir neçə il öncə artıq klubda idman direkotur kimi çalışıb. Ancaq bu iddiaların həqiqəti əks etdirmədiyi məlum olub.

''NTV Spor''un məlumatına görə idman direktoru gətirilməsini müzakirə edən rəhbərlik bu ideyanı dəstəkləməyib. Ən azı bu mövsümün sonuna qədər qədər İstanbul nəhəngində idman direktoru olmayacaq.

Kavukcunun köməkçisi olan Maruf Günəş artıq transferlərdə daha fəal iştirak edəcək. O və Eray Yazqan başqan Dursun Özbəkin əsas köməkçisinə çevriləcək.