KONKAKAF Millətlər Liqasının A Liqasında 1/4 final mərhələsinə start verilib.
"Football-plus.az" xəbər verir ki, "Qarabağ"ın futbolçusu Renaldo Sefasın üzvü olduğu Yamayka yığması öz meydanında Meksikanı 3:2 hesabı ilə məğlub edib.
Sefas da bu görüşün iştirakçısı olub. Meydana start heyətində çıxan vinger 75-ci dəqiqədə əvəzlənib. O, komandasının ikinci qolunun müəllifi olub. 26 yaşlı futbolçu 46-cı dəqiqədə hesabı 2:0 edib.
Komandalar arasında cavab görüşü noyabrın 18-də keçiriləcək.
"Qarabağ"ın futbolçusu Millətlər Liqasında qol vurdu - VİDEO
Ölkə futbolu / Video





