"Kür" qadın həndbol komandası EHF Avropa Kubokunda mübarizəni dayandırıb.
"Football-plus.az" xəbər verir ki, təmsilçimiz 3-cü təsnifat mərhələsinin cavab oyununda Şimali Makedoniyanın "Çair" kollektivi ilə üz-üzə gəlib.
"Kür" Olimpiya Tədris-İdman Mərkəzində baş tutan matçda qonaq komanda qələbə qazanıb - 32:21. Bununla da Azərbaycan təmsilçisi EHF Avropa Kuboku ilə vidalaşıb.
Tərəflər arasında ilk matçda da rəqib komanda qalib 27:24 gəlmişdi.
Xatırladaq ki, "Kür" 2-ci raundda Kiprin APOEL klubunu mübarizədən kənarlaşdırıb - 40:18, 39:13.
"Kür" Avropa Kubokunda dayandı
İdman





