Cüdoçumuz Kənan Nəsibov (+100 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən "Qran-Pri"nin finalına vəsiqə qazanıb.
"Football-plus.az" xəbər verir ki, ilk mərhələdən azad olan idmançımız ardıcıl olaraq qazaxıstanlı Jantilek Nurtillepulı, fransalı Tyeman Diabi və gürcüstanlı Saba İnaneişvilini məğlub edib.
Nəsibov qızıl medal uğrunda həlledici görüşdə Almaniya təmsilçisi Losseni Kone ilə qarşılaşacaq.
Eyni çəki dərəcəsində mübarizə aparan digər cüdoçumuz Uşanqi Kokauri də yarımfinala qədər irəliləyib. O, serbiyalı İqor Vraçar və qazaxıstanlı Yerasıl Kajıbayevi məğlub etsə də, yarımfinalda Losseni Koneyə uduzub.
Kokauri bürünc medal uğrunda görüşdə ukraynalı Yevgeni Baliyevski ilə üz-üzə gələcək.
Xatırladaq ki, daha əvvəl digər təmsilçimiz Gültac Məmmədəliyeva 52 kq çəki dərəcəsində bürünc medal qazanıb.
Cüdoçumuz Zaqrebdə finala yüksəldi
İdman





