Son vaxtlar işləri qaydasında gedən və qələbələri sıralayan ''Qalatasaray''dan şok bir istefa xəbəri gəlib. Belə ki, ikinci başqan Mətin Öztürk idarə heyətindən istefa verdiyini açıqlayıb.
İstefanın səbəbi oktyabrın 27-də idarə heyətinin toplantısı zamanı onunla bir yönətici arasında yaşanan gərginlikdi. Öztürk yazılı açıqlamasında həmin toplantıda adını açıqlamadığı bir yönətici tərəfindən fiziki zorakılığa məruz qaldığını və dünyasını dəyişmiş anasının təhqir olunduğunu qeyd edib. Açıqlamada ''bu olayı qəbul etməyimə nə ''Qalatasaray''dan, nə də valideynlərimdən aldığım tərbiyə imkan verər'' ifadəsi diqqət çəkib.
Türkiyə mənbələrinin yazdığına inansaq, Mətin Öztürkün sözünün çəp gəldiyi yönətici idarə heyətinin digər üzvü, başqan vəkili Abdulla Kavukcudu. Həmin gün problemin nədən qaynaqlandığı bilinməsə də, şayiələrə inansaq, bu ikilinin münasibətləri çoxdan qaydasında deyildi. İdarə heyətində tərəflərin bir-birinə əl qaldırdığı və bir-birini təhqir etdiyi bildirilir.
''Qalatasaray''da şok istefanın günahkarı bəlli oldu
Dünya futbolu




