AFFA Eminə xatirə hədiyyəsi hazırlayıb - "qutu"da nə var?

15.11.2026 20:12 0
Ölkə futbolu / Manşet
Emin Mahmudovun milli komandada karyerasını bitirəcəyindən xəbərdarsız. Kapitanın 10 illik yığma macərası sabah Andorraya qarşı yoldaşlı oyununda başa çatacaq.

AFFA bu münasibətlə Eminə 65 nömrəli milli forma hədiyyə edəcək. Bu barədə "Football-plus.az"a federasiyanın mətbuat xidmətinin rəhbəri Aida Əliyeva məlumat verib. Onun sözlərinə görə, bu seçim futbolçunun yığmada keçirdiyi oyun sayı ilə bağlıdı. AFFA rəsmisi azarkeşlərin Eminə sürpriz hazırlayıb-hazırlamadığı haqda hələ məlumat olmadığını bildirib.

Xatırladaq ki, kapitan milli tarixində ən çox qol vuran (16) oyunçu statusuna malikdi.

KƏNAN BAHADIR