''Qalatasaray''da nəticələrin ürəkaçan olmasına rəğmən rəhbərlik səviyyəsində problemlərin olduğunu və ikinci başqan Mətin Öztürkün sürpriz şəkildə istefa verdiyini xəbər vermişdik.
Öztürk yazılı açıqlamasında idarə heyətinin toplantısı zamanı başqa bir yönətici tərəfindən fiziki zorakılığa məruz qaldığını, eləcə də dünyasını dəyişmiş anasının təhqir olunduğunu bildirmişdi. Sonradan onunla mübahisə yaşayan yönəticinin başqan vəkili Abdulla Kavukcu olduğu üzə çıxmışdı.
Öztürkün istefasından bir gün sonra Kavukcu da istefa verdiyini rəsmən açıqladı. O, toplantı zamanı Öztürk ilə aralarında həqiqətən gərginlik olduğunu və ağzından nalayiq ifadələr çıxardığını etiraf etsə də, fiziki zorakılığa yol vermədiyini bildirdi. Dünən bu olayla bağlı ''Cim-Bom''un idarə heyətinin toplantısı oldu. Məhz orda hər iki yönəticinin istefası qəbul olundu. Sən demə başqan Dursun Özbək bu qalmaqaldan sonra Abdulla Kavukcudan onun istefasını tələb edibmiş. Özbək Mətin Öztürkün isə əslində idarə heyətində qalmasının tərəfdarı olsa da, ondan da ciddi şəkildə inciyibmiş. Çünki Öztürk başqanla məsələni müzakirə etmədən hər şeyi ictimaiyyətə açıqlayıb.
İki mühüm yönəticinin ayrılmasından sonra rəhbərliyin hansı addımı atacağı maraq doğurur. Camiədə hətta növbədənkənar seçkilərin keçirilməsi, Dursun Özbəkin idarə heyətini dəyişdirməsi də gündəmdədi.
''Qalatasaray''dakı qalmaqal iki yönəticinin istefasının qəbul olunması ilə nəticələndi!
Dünya futbolu




