Sabah Andorra və Azərbaycan yığma komandaları arasında keçiriləcək yoxlama görüşünün hakimləri açıqlanıb.
"Football-plus.az" xəbər verir ki, matçı İspaniyadan olan hakimlər idarə edəcək.
Qarşılaşmanın baş hakimi ispaniyalı Xose Luis Munuera olacaq. Ona həmyerliləri Dieqo Sançes Royo və Diego Barbero köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Pedro Qonçalves yerinə yetirəcək.
Sabah keçiriləcək Andorra - Azərbaycan oyununa Bakı vaxtı ilə saat 22.00-da start veriləcək.
Andorra - Azərbaycan matçının hakimləri açıqlandı
Ölkə futbolu





