Həftənin əvvəlində Orhan Ak ilə yollarını ayıran superliqa təmsilçisi ''Qaziantep'' hələ də baş məşqçisizdi. Amma Antep klubunun rəhbərliyi nəhayət, seçimini edib.
Fatih Təkkə başda olmaqla bir neçə məşqçi ilə anlaşa bilməyən ''Qaziantep'' Volkan Dəmirəl ilə anlaşmağa yaxındı. Təcrübəli mütəxəssis son detalları razılaşdırmaq üçün Antepə dəvət olunub. Son anda bir problem çıxmasa, rəsmi açıqlamanın ən qısa müddətdə veriləcəyi gözlənilir. 2021-dən etibarən məşqçilik sahəsində olan Dəmirəl indiyə qədər ''Fatih Karagümrük'', ''Hatayspor'', ''Bodrum'' və son olaraq ''Gənclərbirliyi''ni çalışdırıb.
Ötən mövsümün gedişində paytaxt təmsilçisini iki fərqli dönəmdə çalışdıran mütəxəssis maydan bu yana işsizdi. İsmayıl Kartalın istefasından sonra onun adı ''Fənərbaxça'' ilə yanaşı hallanmışdı. Ancaq 45 yaşlı mütəxəssis futbolçu kimi bütün karyerasını həsr etdiyi kluba nə baş məşqçi, nə də köməkçi məşqçi kimi gəldi. ''Fənər'' sonda Əmrə Belözoğluya üstünlük verdi.
Volkan Dəmirəl bu klubun başına keçir
Dünya futbolu





