Nəhayət, Uesli Sneyder çoxdan arzuladığı peşəyə qovuşub.
"Football-plus.az" xəbər verir ki, Niderland yığmasının sabiq futbolçusu məşqçilik karyerasına başlayıb. Maraqlısı odu ki, o, ölkəsinin 9-cu divizionunda çıxış edən “Eminent Boys”un baş məşqçisi olub.
Uesli Utrext komandasında qardaşı Rodni ilə birlikdə çalışacaq. Rodni komandanın futbolçusudu. Klub ötən mövsüm 10-cu liqanın qalibi olub. “Eminent Boys” bazar ertəsi baş məşqçi Mustafa Talha ilə yolları ayırıb, 42 yaşlı Sneyder isə ertəsi gün komandanın məşqinə rəhbərlik edib. Komanda hazırda çıxış etdiyi qrupda 5-ci yerdədi.
Karyerasını 2019-cu ildə başa vuran Sneyder Niderland yığmasında 2003-18-ci illərdə 134 oyun keçirib və 31 qol vurub.
Məşqçi olmaq naminə 9-cu (!) divizionda işlməyə razılaşdı
Dünya futbolu




