Rüsvayçı məğlubiyyət onu işsizə çevirdi

14.11.2026 11:55 0
Dünya futbolu
Yannik Kayuzak gözlənilən aqibətdən qaça bilməyib.

"Football-plus.az" xəbər verir ki, “Lans” rəhbərliyi onu baş məşqçi vəzifəsindən azad edib. 41 yaşlı mütəxəssis komandaya sentyabrdan başçılıq edirdi. “Lans” onun rəhbərliyi altında bütün turnirlərdə 9 oyun keçirib, 3 qələbə qazanıb və 6 dəfə məğlub olub.

Kayuzakın komandadan ayrılmasına əsas səbəb isə Çempionlar Liqasında evdə “Komo”ya 1:9 hesabı ilə uduzması olub. Bu nəticə Fransa klubunun tarixinə avrokuboklarda evdə aldığı ən böyükhesablı məğlubiyyət kimi düşüb.

“Lans” indi Fransa Liqa 1-də 10 turdan sonra 13 xalla 11-ci yeri tutur.