Portuqaliyadan Fransaya yollandı

14.11.2026 12:19 0
Dünya futbolu
“Lion”un yeni baş məşqçisinin adı rəsmən açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, Fransa klubunun mətbuat xidmətinin məlumatına görə, komandaya Karlos Visens təyin olunub. 43 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları hələlik açıqlanmayıb.

Sonuncu iş yeri “Braqa” olan Visens daha əvvəl “Mançester Siti”də Xosep Qvardiolanın köməkçisi kimi çalışıb. O, “Lion”dan bir neçə gün əvvəl ayrılan Paulu Fonsekanı əvəzləyib.

Komanda indi Fransa Liqa 1-də 10 turdan sonra 17 xalla 5-ci yeri tutur.