Sneyder “Ayaks”a qayıtdı

19.07.2023 17:54 242
Dünya futbolu
Niderland millisinin sabiq futbolçusu Uesli Sneyder "Ayaks"a qayıdıb.

"Football-plus.az" xəbər verir ki, 39 yaşlı yarımmüdafiəçi Amsterdam təmsilçisinin məşqçilər korpusunda yer alacaq.

Xatırladaq ki, Sneyder 2002-07-ci illərdə Amsterdamın məşhur klubunun formasını geyib. O, İspaniyada "Real", İtaliyada "İnter" və Türkiyədə "Qalatasaray" kimi klubların da şərəfini qoruyub.