Kuyt özünə 2-ci divizionda iş tapdı

6.06.2022 20:09 386
Dünya futbolu
Dirk Kuyt özünə yeni iş yeri tapıb.

Niderland millisinin sabiq hücumçusu ölkəsinin 2-ci divizionunda çıxış edən “Den Haaq”ın baş məşqçisi təyin olunub. 41 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, daha əvvəl Kuyt 2017-ci ildə “Kvik Boys” (Niderland) həvəskar klubunda baş məşqçi köməkçisi kimi çalışıb, 2018-20-ci illərdə isə “Feyenoord”un U-19 komandasının baş məşqçisi olub.